AZ

“Zenit” qışda onunla müqavilə imzalamağa cəhd edib, amma...

"Mançester Yunayted"in və "Yuventus"un keçmiş yarımmüdafiəçisi Pol Poqba azad agent kimi "Zenit"ə keçməkdən imtina edib. 

Ölkə.az Lent.az-a istinadən bildirir ki, klub fransalının nümayəndələri ilə əlaqə saxlayıb, maaş şərtlərini təklif edib, lakin danışıqlar davam etməyib.

2024-cü ilin fevralında Poqba 2023-cü ilin avqustunda keçirilən dopinq testində testosteronun həddən artıq yüksək olduğunu aşkar etdikdən sonra dörd il müddətinə futboldan uzaqlaşdırılıb. 2024-cü ilin oktyabrında CAS onun diskvalifikasiya müddətini 18 aya endirib. O, mart ayında meydana qayıda biləcək.

Dekabrın 1-də 31 yaşlı futbolçu "Yuventus"la müqaviləni ləğv etdikdən sonra azad agent olub.

Seçilən
19
olke.az

1Mənbələr