1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında minik avtomobillərindən birinin sürücüsünün halı pisləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal ona zəruri yardım edilib.
Hazırda bu səbəbdən "Xırdalan" dairəsi istiqamətində sıxlıq yaranıb.