AZ

FİFA builki mükafat fondunu açıqladı

Cari ildə keçiriləcək Klublararası Dünya Çempionatının mükafat fondu bir milyard dollar təşkil edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Müsabiqənin dörd ildən bir keçirilməsi planlaşdırılır.

Klublararası Dünya Çempionatı ilk dəfə 32 komandanın iştirakı ilə təşkil olunacaq. Yarışda Avropadan 12 klub (o cümlədən Çempionlar Liqasının son 4 qalibi, həmçinin klub reytinqində ən yaxşı 8 komanda), Cənubi Amerikadan 6, Şimali Amerika, Afrika və Asiyadan 4, Okeaniyadan 1 klub və ev sahibi ölkənin təmsilçisi mübarizə aparacaq.

Seçilən
21
4
unikal.az

5Mənbələr