AZ

UEFA Çempionlar Liqası: "Bavariya" üç qolla qalib gəldi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bavariya" evdə "Bayer Leverkuzen"i qəbul edib.

hakimiyyet.az xəbər verir ki, Almaniyanın iki təmsilçisinin qarşılaşmasında münhenlilər üstün olublar - 3:0.

Harri Keynin biri penaltidən olmaqla dublu, Musialanın bir dəfə fərqlənməsi "Bavariya"nın qələbəsini təmin edib.

Qeyd edək ki, "Bayer"də Nordi Mukelye qırmızı vərəqə alaraq, 62-ci dəqiqədən etibarən komandasını azlıqda qoyub.

Seçilən
103
1
hakimiyyet.az

2Mənbələr