Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarəti altında olan Gürcüstanın Abxaziya bölgəsinin yeni "rəhbər"i Badra Qunba Moskvaya gedib və Kremldə Prezident Vladimir Putinlə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Putin separatçıların yeni "rəhbəri"ni “seçkilərdəki” qələbə münasibəti ilə təbrik edib.
O vəd edib ki, Moskva Suxumiyə elektrik enerjisi ilə bağlı humanitar yardım göstərəcək.
“Badra Zuraboviç, sizi görməyə şadam və seçkilərdəki qələbəniz münasibətilə şəxsən təbrik etmək istəyirəm”, - Vladimir Putin görüşün əvvəlində deyib.
Badra Qunba qeyd edib ki, Rusiyanın dəstəyi sayəsində Abxaziyanın “inkişaf etmək imkanı var” və Moskva bölgəyə həm hərbi-siyasi, həm də sosial-iqtisadi yardımda həmişə ardıcıl olub.