AZ

Kanada ABŞ-nin yeni tarifləri bağlı ÜTT-də iddia qaldırıb

Kanada hakimiyyəti ABŞ-ın gömrük rüsumlarına qarşı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli orqanına şikayət edib...

Poliqon xəbər verir ki.bu barədə məlumat təşkilatın saytında dərc olunub.

“Kanada ABŞ-nin Kanada mənşəli mallara tətbiq etdiyi yeni tarif tədbirləri ilə bağlı ÜTT çərçivəsində ABŞ ilə məsləhətləşmələr tələb edib”, deyə bəyanatda deyilir. Sorğu bir gün əvvəl, martın 5-də ÜTT üzvlərinə göndərilib.

Sənəddə bildirilir ki, Kanada ABŞ-nin qeyri-enerji mallarına 25%, enerji mallarına isə 10% rüsum tətbiq etməsi 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) və ÜTT-nin Ticarətin Asanlaşdırılması Sazişinin pozulması deməkdir.

Qeyd edək ki, Tramp martın 4-dən ABŞ-yə idxal edilən Kanada mallarına 25% rüsum tətbiq edilib. Buna cavab olaraq Ottava Amerika mallarına oxşar tariflər elan edib. Daha sonra Donald Tramp Kanadadan gələn məhsullara rüsumları ikiqat artıracağına söz verib və baş nazir Castin Trüdo Amerika prezidentini ticarət müharibəsinə başlamaqda ittiham etdi.

Pekin də tariflərlə bağlı Vaşinqtona qarşı ÜTT-yə də iddia qaldırıb.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr