AZ

“C” sətrində nikahda olmayan ananın ərizəsinin tarixi göstərilir

Doğum haqqında akt qeydinin 18-ci qrafasında valideynlərin təhsilinə uyğun olan məlumatın altından xətt çəkilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

19-cu qrafada ata haqqında qeydlərin əsasları göstərilir:

–  “a” sətrində uşaq öz aralarında nikahda olan valideynlərdən doğulduqda nikah haqqında akt qeydinin tarixi, nömrəsi, nikahın qeydə alındığı orqanın adı, nikah haqqında şəhadətnamənin seriyası və nömrəsi yazılır.

–  “b” sətrində atalıq müəyyən edildiyi halda atalığın müəyyən edilməsi haqqında akt qeydinin tarixi, nömrəsi, atalığın müəyyən edilməsinin qeydə alındığı orqanın adı, bu barədə verilmiş şəhadətnamənin seriyası və nömrəsi əks olunur.

–  “c” sətrində nikahda olmayan ananın ərizəsinin tarixi göstərilir.

Seçilən
16
heftelik.az

1Mənbələr