AZ

Bütün seqmentlər üzrə maliyyə dayanıqlığının tənzimləmə çərçivəsi beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq - Şahin Mahmudzadə (MÜSAHİBƏ)

Bakı. Trend:

2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafStrategiyasının 5 mühüm sütunundan biri də maliyyə sektorunundayanıqlığını möhkəmləndirməkdir. Bu istiqamətdə Mərkəzi Bankınyaxın dövrdə əsas fəaliyyəti bütün seqmentlər üzrə maliyyədayanıqlığının tənzimləmə çərçivəsinin beynəlxalq təcrübəyəuyğunlaşdırılması və risk əsaslı nəzarətin tətbiqi olacaq.

Bu sözləri Trend-ə müsahibəsində Mərkəzi Bankın baş direktoruŞahin Mahmudzadə deyib.

O, təmsil etdiyi qurumun maliyyə bazarlarında tənzimləməstrategiyası, “Yaşıl Taksonomiya”nın ölkənin sosial-iqtisadiinkişafında əhəmiyyəti, məsafədən kreditləşmədən, eləcə də ölkədəözəl pensiya sisteminin qurulması üzrə indiyədək atılan addımlar vəhədəflərlə bağlı sualları cavablandırıb.

Mərkəzi Bankın baş direktoru əvvəlcə Azərbaycanın maliyyəsektorunun dayanıqlığının möhkəmlənməsində atılan addımlardan və buyöndə görülməsi planlaşdırılan işlərdən danışıb. O bildirib ki,Mərkəzi Bank haqqında Qanuna əsasən, maliyyə bazarlarınınfəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, ocümlədən maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyatakeçirilməsi Mərkəzi Bankın əsas funksiyalarındandır: “Mərkəzi Banktərəfindən həyata keçirilən proaktiv nəzarət tədbirləri, həssaslıqzonalarını formalaşdıran risklər üzrə prudensial tələbləringücləndirilməsi, habelə sektor ilə intensiv dialoq, tənzimləmə vənəzarət çərçivəsinin modernizasiyası üzrə görülmüş işlər buistiqamətdə Mərkəzi Bankın fəaliyyətini əks etdirir. Ötən ilin sonumaliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində stratejibaxışını əks etdirən Bank sektoru üzrə makroprudensial siyasətçərçivəsi və “Risk əsaslı nəzarət üzrə Siyasət” konsepsiyasısənədləri təsdiq olunmuşdur. Bank sektorunun dayanıqlığını artırmaqvə kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-cidərəcəli kapitalı üzərində 0,5% həddində əlavə kontr-tsiklikkapital buferi təyin edilməsi ilə bağlı qərar qəbuledilmişdir".

“2024-cü ildə bank sektorunda tənzimləmə və nəzarət çərçivəsinintəkmilləşdirilməsi məqsədilə aidiyyəti olan şəxslərləəməliyyatların aparılması üzrə requlyativ tələblər gücləndirilmiş,əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanınınartırılması məqsədilə ölkədə agent bankçılıq modelinin tətbiqi,habelə istehlak krediti götürən fiziki şəxslərin həyat sığortasırisklərinin azaldılması üçün tənzimləmə tələbləri müəyyən edilmiş,korporativ idarəetmə standartları təkmilləşdirilmişdir. Bankolmayan kredit təşkilatlarının fəaliyyətinin stimullaşdırılması vəbu seqmentin tənzimlənməsinin gücləndirilməsi məqsədilə bankolmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsiüzrə requlyativ çərçivə formalaşdırılmış, habelə bu növ kredittəşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi qaydaları, ocümlədən kapital və ehtiyatlanma tələblərinə, yeni prudensialnormativlərin tətbiqinə başlanılmışdır”, - deyə Ş. Mahmudzadəxatırladıb.

O, eyni zamanda sığorta sektorunda tənzimləmə və nəzarətçərçivəsinin təkmilləşdirilməsi məqsədilə əldə olunan nailiyyətlərvə gələcək hədəflərlə bağlı sualı da cavablandırarkən bunları qeydedib: “Sığorta sektorunda tənzimləmə və nəzarət çərçivəsinintəkmilləşdirilməsi məqsədilə sığortaçılarda korporativ idarəetməstandartları təsdiq edilmiş, sığorta ehtiyatlarının tərkibi,formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçılarınpayının hesablanması, həmçinin katastrofik risklər üzrə ehtiyatınhesablanmasını tənzimləmək məqsədilə hazırlanmış qaydalar təsdiqedilmişdir. Eyni zamanda dövr ərzində sığortaçının sisteməhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları təsdiqedilmiş, avto-icbari məhsulunun təkmilləşdirilməsi istiqamətindəqanunvericilikdə dəyişikliklər həyata keçirilmişdir.

Bundan başqa, il ərzində qiymətli kağızlar bazarı və ödənişsistemləri üzrə də tənzimləmə və nəzarət çərçivəsinintəkmilləşdirilməsi istiqamətində fəaliyyət həyatakeçirilmişdir.

2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafStrategiyasının 5 mühüm sütunundan biri də maliyyə sektorunundayanıqlığını möhkəmləndirməkdir. Bu istiqamətdə Mərkəzi Bankınyaxın dövrdə əsas fəaliyyəti bütün seqmentlər üzrə maliyyədayanıqlığının tənzimləmə çərçivəsinin beynəlxalq təcrübəyəuyğunlaşdırılması və risk əsaslı nəzarətin tətbiqi olacaq”.

Həmçinin, tənzimləyici qurumun baş direktoru Mərkəzi Bankınxüsusi təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi iləvahid taksonomiya üzərində işlərin davam etdiyini diqqətə çatdırıb.O, vahid taksonomiyadan gözləntilərini bölüşüb: “Məlum olduğu kimi,BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mərkəzi Banktərəfindən beynəlxalq tərəfdaşlar (IFC, SBFN, IPSF, UNDP) ilə birgə“Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi vəmüqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” hazırlanmış və elanolunmuşdur.

COP29-dan sonra tərəfdaşlar Yol xəritəsinin icrası üzrə işlərəstart verilmişdir. Yol Xəritəsi müxtəlif təşkilatların bu sahədəfəaliyyətlərini uzlaşdırmaq, təkrarlanmaların qarşısını almaq vəhər bir təşkilat tərəfindən həyata keçirilən tədbirlərin YolXəritəsinin əsas sütunları ilə əlaqəliliyini təmin etmək üçün birplatforma kimi fəaliyyət göstərəcək. Yol xəritəsininhazırlanmasında olduğu kimi, onun realizasiyasına da Mərkəzi Bankəsas tərəflərdən biridir”.

Taksonomiya həm yerli, həm də xarici investorlarüçün yaşıl layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsiprosesini asanlaşdıraraq, yaşıl iqtisadiyyata keçidisürətləndirəcək...

Mərkəzi Bankın İdarə Heyətinin 7 noyabr 2024-cü il tarixliqərarı ilə “Yaşıl Taksonomiya”nın təsdiqləndiyini xatırladan qurumrəsmisi, onun ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətindən dədanışıb. Ş. Mahmudzadə “Yaşıl taksonomiya”nın qəbul edilməsininölkədə dayanıqlı inkişaf hədəflərinə çatmaq istiqamətində atılmışönəmli addımlardan biri olduğunu vurğulayıb: “Bu sənəd ekolojicəhətdən dayanıqlı iqtisadi fəaliyyətlərə vahid yanaşmanı təminetməklə, yaşıl maliyyələşdirmənin sistemli şəkildə inkişafetdirilməsinə və maliyyə bazarlarında ekoloji aspektlərin nəzərəalınmasına şərait yaradır.

“Yaşıl Taksonomiya”nın tətbiqinin dəstəklənməsi məqsədiləMərkəzi Bank tərəfindən “Yaşıl” və “Dayanıqlılıqla əlaqəli”kreditlərin verilməsi təlimatı qəbul edilmişdir. Təlimatın qəbuledilməsi bankları taksonomiyaya əsaslanan yaşıl kredit portfeliniformalaşdırmaqda dəstəkləyəcək. Qeyd edək ki, ölkənin bank sektoruCOP-29 çərçivəsində 2030-cu ilədək Azərbaycanın dayanıqlı və aşağıkarbonlu iqtisadiyyata keçidinə töhfə verəcək dayanıqlı və “yaşıl”layihələrin maliyyələşdirilməsinə 2 milyard manat ayrılmasıhaqqında öhdəlik bəyanatını elan edib. Taksonomiya bu öhdəliyinreallaşdırıması üçün mühüm alət kimi çıxış edir”.

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasınınilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi istiqamətindəişlər davam etdirilir...

Ş. Mahmudzadə son zamanlar cəmiyyəti maraqlandıran əsasmövzulardan biri kimi, özəl pensiya fondunun yaradılması ilə bağlıgörülən işlərə və bu yeniliyin üstünlüklərinə də aydınlıq gətirib:“Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixliSərəncamı əsasında təsdiqlənmiş “Azərbaycan Respublikasının2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”(Strategiya) üzrə “Pensiyaçıların sosial müdafiəsiningücləndirilməsi üçün pensiya təminatı sisteminintəkmilləşdirilməsi” tədbiri müəyyən edilmişdir. Qeyd edilən tədbirçərçivəsində əsas icraçı qismində Azərbaycan Respublikasının Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar qismindəAzərbaycan Respublikasının Maliyyə Nazirliyi, AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan RespublikasınınMərkəzi Bankı (Mərkəzi Bank) və Azərbaycan Respublikasının ƏdliyyəNazirliyi qeyd edilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənbeynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa,Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmişvə bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkinqanunvericilik layihələri hazırlanmışdır.

Nəzərinizə çatdırırıq ki, ölkədə effektiv qeyri-dövlət pensiyasisteminin qurulması və işlərin operativ qaydada aparılmasınıntəmin edilməsi məqsədilə Mərkəzi Bankın da iştirakı iləqurumlararası müzakirələr aparılmaqdadır. Eyni zamanda, yuxarıdaqeyd olunan məqsədə nail olunmasına töhfə vermək üçün dövlətqurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasınınnümayəndələri də qarşılıqlı fəaliyyət göstərirlər.

Hazırda Strategiyadan irəli gələn bir sıra məsələlərin, ocümlədən ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsiistiqamətində işlər davam etdirilir”.

“Ümumilikdə, özəl pensiya fondlarının qurulması ölkədəinvestisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyəinstitutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyəalətlərinin formalaşdırılmasına və maliyyə bazarlarınındərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalininsosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdanəvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahınınartırılmasına, sağlamlığına və ya maddi təminatına dair yaranabiləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbəttəsir göstərəcək”, - deyə Mərkəzi Bankın baş direktoru qeydedib.

Mərkəzi Bank məsafədən kreditləşmə prosesinintənzimlənməsi üçün müvafiq normativ-hüquqi bazanıntəkmilləşdirilməsi üzrə işləri davam etdirir...

Ş. Mahmudzadə həmçinin, Azərbaycanda məsafədən kreditləşmənintənzimlənməsi ilə bağlı son işlərdən danışıb və onun bütün bank vəbank olmayan kredit təşkilatlarına (BOKT) tətbiqedilib-edilməyəcəyi ilə bağlı fikirlərini bölüşüb: “Son illərdərəqəmsal transformasiya və maliyyə xidmətlərinin əlçatanlığınınartırılması istiqamətində, o cümlədən məsafədən kreditlərinverilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Bu çərçivədə qəbuledilmiş yeni tələblər müştəri autentifikasiyasınıngücləndirilməsini, məsafədən identifikasiya üsullarının tətbiqinivə təhlükəsiz ödəniş əməliyyatlarının təmin edilməsini nəzərdətutur.

Ötən il qəbul edilmiş yeni qaydalara əsasən BOKT-lar daməsafədən krediti verərkən banklar üçün məsafədən kreditinverilməsi ilə bağlı tələbləri özündə əks etdirən “Bank hesablarınınaçılması, aparılması və bağlanması Qaydası”na əməletməlidirlər.

Bununla yanaşı, Mərkəzi Bank məsafədən kreditləşmə prosesinintənzimlənməsi üçün müvafiq normativ-hüquqi bazanıntəkmilləşdirilməsi üzrə işləri davam etdirir. Belə ki, məsafədənkreditlərin verilməsi zamanı istehlakçıların hüquqlarınınqorunması, şəffaflıq, ədalətli rəftar, məsuliyyətli kreditləşməprinsiplərinə riayət edilməsi və risklərin effektiv idarə olunmasıəsas prioritetlərdən biridir və bu istiqamətdə yeni normativsənədlər hazırlanmaqdadır. Qeyd olunan sənədlərin BOKT-lara datətbiq edilməsi nəzərdə tutulub”.

“Həmçinin qeyd etmək lazımdır ki, “Banklarda kredit risklərininidarə edilməsi qaydası”na edilən son dəyişikliklərə əsasənkreditlərin verilməsi prosesində davranış modellərin istifadəsimümkündür. Bu modellər əsasında borcalanın proqnozlaşdırılmış gəlirməlumatları müəyyən edilə və həmin məlumatlar borcalanın ödəməqabiliyyətinin hesablanması zamanı nəzərə alına bilər. Qeyd olunanyenilik banklara istehlakçıların ödəmə vərdişlərini daha yaxşıqiymətləndirmək və kreditlərin həm məsuliyyətli, həm də əlçatanverilməsini təmin etmək imkanını yaradır”, - deyə Ş. Mahmudzadəəlavə edib.

Maliyyə təhlükəsizliyini artırmaq üçün əhalininməlumatlılıq səviyyəsinin yüksəldilməsivacibdir...

Mərkəzi Bankın rəsmisi sonda bank sektorunda kibertəhlükəsizliktədbirləri ilə bağlı atılan addımlardan, eləcə də bu istiqamətdəyeni mexanizmlərin tətbiqinin nəzərdə tutulub-tutulmamasındandanışıb. Onun sözlərinə görə, Mərkəzi Bank maliyyə sektorundakibertəhlükəsizliyin təmin edilməsi və bazar iştirakçılarınınməsuliyyətli davranışlarının təşviqi məqsədilə bir sıra tədbirlərhəyata keçirir: “Bu çərçivədə “Maliyyə bazarlarında fəaliyyətinənəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təminedilməsinə dair Tələblər” qəbul edilmiş və tətbiq olunmaqdadır. Butələblər, banklar və digər maliyyə institutlarında informasiyatəhlükəsizliyi və kiberdayanıqlılığı gücləndirmək məqsədidaşıyır.

Bu çərçivədə ictimaiyyətin potensial dələduzluq və fırıldaqçılıqhalları ilə üzləşməsinin qarşısını almaq və maliyyətəhlükəsizliyini artırmaq üçün əhalinin məlumatlılıq səviyyəsininyüksəldilməsi də vacibdir. Bu məqsədlə müxtəlif informasiyakanalları və kommunikasiya vasitələrindən istifadə edilmiş, sosialçarxlar hazırlanmış və yayımlanmışdır. Qeyd olunan materiallar'bizimpullar.az' səhifələrində, eləcə də sosial şəbəkələrdəyerləşdirilmişdir”.

“Həmçinin, hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdətədbirlərin davam etdirilməsi və ictimaiyyətin məlumatlandırılmasıüçün yeni təşəbbüslər həyata keçirilir. Bunun üçün digər dövlətqurumları və maliyyə sahəsində fəaliyyət göstərən assosiasiyalarilə sıx əməkdaşlıq etdirilir. Əhalinin müxtəlif qruplarını nəzərəalaraq, dələduzluq və fırıldaqçılıq mövzularda vebinarlar vətəlimlərin keçirilməsi, maarifləndirici videoçarxların və öyrənməmateriallarının hazırlanması planlaşdırılır”, - deyə Mərkəzi Bankınbaş direktoru Şahin Mahmudzadə qeyd edib.

Seçilən
18
1
az.trend.az

2Mənbələr