AZ

“Barsa”nın tədbirində Xavini ələ saldılar: Klub üzr istədi - Foto

Martın 3-dən 6-dək Kataloniyanın paytaxtında illik texnologiya sərgisi olan Mobil Dünya Konqresi (MWC) keçirilir.

Publika.az xəbər verir ki, “blauqrana”nın prezidenti Joan Laporta və qapıçı Mark-Andre ter Ştegen sərgi obyektlərini ziyarət edərək səhnədə çıxış ediblər. “Barselona”nın innovasiya mərkəzi çərşənbə axşamı idmanda gələcəyin texnologiyalarına həsr olunmuş bir sıra təqdimatlar keçirib.

Qazonun vəziyyətini real vaxt rejimində izləməyə imkan verən Almaniyanın “Turfcoach” startapının təqdimatı hamının diqqətini cəlb edib. “Barsa” mənbələrinə görə, “Turfcoach” yenidən işlənmiş “Camp Nou” stadionu üçün ot örtüyü təmin etmək üçün yarışan beş finalçıdan biri olub.

Təqdimat zamanı “Turfcoach” keçmiş futbolçu və “Barselona”nın keçmiş baş məşqçisi Xavi haqqında iki memdən ibarət slayd nümayiş etdirib. Onlardan birində Xavinin başında saç əvəzinə ot görünür. Digərində isə Xavi “Camp Nou” meydançasında qazonbiçənlə işləyir.

Qeyd edək ki, Xavi bir məşqçi kimi dəfələrlə İspaniyada meydançaların qeyri-qənaətbəxş vəziyyətdə olmasından şikayətlənib və bildirib ki, bu, komandasının gözəl futbol göstərməsinə və nəticə qazanmasına mane olub. Bunun üçün o, hətta rəqiblərin fanatlarından “bağban” ləqəbini də alıb.

Seçilən
15
publika.az

1Mənbələr