Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində daha 4 oyun keçirilib.
Msport.az xəbər verir ki, qonaq komandalar üçün gün daha uğurlu alınıb.
Belə ki, “Liverpul”, “Barselona” və “İnter” qonaq meydanından qalibiyyətlə dönüb. Almaniya derbisində isə “Bavariya” “Bayer”in qapısından 3 cavabsız top keçirib.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya) 0:2
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə) 0:1
00:00. “Bavariya” (Almaniya) – “Bayer 04” (Almaniya) 3:0
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 11-12-də keçiriləcək.