AZ

Sumqayıt-Bakı qatarı Biləcəridə texniki səbəblərə görə dayanıb

Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən qatar gecikib.

Valyuta.az xəbər verir ki, 08:55-də Sumqayıtdan yola düşən 6012 nömrəli qatar Biləcəri stansiyasında dayanmalı olub. 

Ətraflı məlumat verilməsə də, maşinist elan edib ki, texniki səbəblərə görə qatar gecikir. 

Hazırda 09:36-da Bakı Dəmiryol Vağzalına çatmalı olan qatar hələ də Biləcəri stansiyasında gözləyir. Bu isə sərnişinlər arasında narazılığa səbəb olub. Sərnişinlərin bir hissəsi gecikmə ilə bağlı Biləcəri stansiyasında qatarı tərk ediblər.

Seçilən
51
valyuta.az

1Mənbələr