
Tayvandakı Maanşan Atom Elektrik Stansiyasından (AES) qalın qara tüstünün yüksəldiyi müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Honq Konqun “Dimsum Daily” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yerli yanğınsöndürmə idarəsi hadisə yerinə yanğınsöndürmə bölmələri göndərib.
Hazırda tüstünün səbəbi aydın deyil.
İlkin məlumata görə, tüstüyə elektrik stansiyasının yaxınlığındakı soyutma qülləsində baş verən yanğın səbəb olub.