AZ

Çoxmənzilli binada partlayış - yaralananlar var

Rusiyanın Başqırdıstan Respublikasının Mixaylovka qəsəbəsində yerləşən çoxmənzilli binada partlayış baş verməsi nəticəsində iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər Mixaylovka qəsəbəsində ikimərtəbəli binanın mənzillərindən birində tez alışan maddələr alışıb, ardınca partlayış baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Üç nəfər təxliyə olunub", - məlumatda qeyd edilib.

Seçilən
2
2
bakivaxti.az

3Mənbələr