AZ

Mart ayında sağlamlıq üçün ən faydalı balıqlar

Mart ayında sağlamlıq üçün ən

Balıq həm dadlı, həm də sağlamlıq üçün vacib qida mənbəyidir. Onun faydaları növünə görə dəyişsə də, ümumiyyətlə ürək-damar sistemi, beyin və immunitet üçün olduqca xeyirlidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mart ayında mövsümündə olan bəzi balıqlar xüsusilə tövsiyə edilir.

1. Merlan (Ağ balıq)

Ağ əti və mülayim ləzzəti ilə merlan mart ayında təzə olaraq süfrələrə gəlir. Xüsusilə pəhriz saxlayan və yüngül yeməklərə üstünlük verənlər üçün ideal seçimdir. Onun təzə istehlak edilməsi tövsiyə olunur.

2. Qalxan

Qalxan balığı iri və ləzzətli olması ilə seçilir. Mart ayında onun mövsümüdür və bu dövrdə təzə istehlak edildikdə sağlamlıq üçün daha faydalıdır.

3. Skumbriya

Skumbriya tərkibində yüksək qida dəyəri olan və xüsusilə ürək sağlamlığı üçün faydalı bir balıqdır. Mart ayında təzə tapıldığı üçün süfrələrdə olmalıdır.

4. Kefal

Kefal balığı xüsusilə qızartma və ya qril üsulu ilə hazırlanan yeməklər üçün ideal seçimdir. Mart ayında mövsümündə olduğu üçün daha ləzzətli və qidalıdır.

5. Lüfer

Lüferin mövsümü mart ayında sona yaxınlaşır. Bu balıq həm qidalı, həm də dadlı olduğu üçün mövsüm bitməmiş istehlak edilməsi tövsiyə edilir.

6. Levrek

Levrek ilboyu tapıla bilən balıq olsa da, mart ayında daha ləzzətli olur. Tərkibindəki qida maddələri ilə sağlam seçimlərdən biridir.

7. Gümüş balığı

Gümüş balığı mart ayında bol tapılır. Onu müxtəlif yeməklərdə istifadə edərək sağlam və ləzzətli süfrə hazırlamaq mümkündür.

Mart ayında təzə və mövsümündə olan balıqları seçərək həm sağlamlığınızı qoruyun, həm də dadlı yeməklərdən zövq alın.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
5
e-saglam.az

1Mənbələr