UEFA Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədlər açıqlanıb.
Publika.az xəbər verir ki, bunlar Rodriqo (“Real”), Harri Keyn (“Bayern”), Martin Odeqard (“Arsenal”) və Alissondur (“Liverpul”).
Rodriqo “Atletiko”yla görüşdə (2:1) fərqlənib, Keyn “Bayer”ə qarşı (3:0) dubl edib, Odeqard isə PSV ilə matçda (7:1) iki qol vurub və məhsuldar ötürmə edib. Alisson isə PSJ ilə qarşılaşmada (1:0) “Liverpul”un qapısını toxunulmaz saxlayıb və 9 seyv edib.