AZ

Bakıda daha bir zəncirvari QƏZA: avtobusun iştirakı ilə - VİDEO

Martın 5-də Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Binəqədi rayonu ərazisində 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus "Mercedes" markalı yük maşını və "Ford" markalı minik avtomobili ilə toqquşub.

Daha sonra idarəetmədən çıxan avtobus yol kənarında dayanmış "Toyota Prius"a çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib, yolda güclü tıxac yaranıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Milli.Az

Seçilən
27
12
milli.az

10Mənbələr