Ukraynadakı qarşıdurma nüvə silahına malik olan iki ölkə arasında baş verən qarşıdurmadır.
Axar.az “Foks Nyus”a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio son çıxışında deyib.
Dövlət katibi bunu ABŞ və Rusiya arasında gedən proksi müharibə olduğunu bildirib:
“Prezident Tramp buna uzun sürən, dalana dirənmiş münaqişə kimi baxır və açığını desək, bu, nüvə gücləri: Ukraynaya yardım edən ABŞ və Rusiya arasında proksi müharibədir”.