AZ

Türkiyə və yaxın ətrafında son iki ildə təxminən 110 min yeraltı təkan qeydə alınıb

İstanbul, 6 mart, Günel Karatepe, AZƏRTAC

Türkiyədə 2023-cü ildə fevralın 6-da baş verən zəlzələlərdən sonra ölkə ərazisi və yaxın ətrafında təxminən 110 min yeraltı təkan qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. AFAD-ın sosial media hesabında Türkiyə və yaxın ətrafında 2023-2025-ci illərin 6 fevral tarixləri arasındakı seysmik aktivliyi göstərən videoçarx paylaşılıb. Paylaşımda Türkiyədə hər 3 ildən bir 6 bal gücündə, hər 5 ildən bir 6-dan yuxarı, hər 10 ildən bir isə 7 bal gücündə və daha şiddətli zəlzələnin baş verdiyi deyilir. Bildirilib ki, AFAD tərəfindən hər il orta hesabla 24 min zəlzələ qeydə alınır. Bu rəqəm 2023-cü il fevralın 6-da baş verən əsrin fəlakətindən bu günə qədər 110 minə yaxınlaşıb.

Seçilən
36
azertag.az

1Mənbələr