AZ

Ana Luiza: Gələcək nəslin nümayəndələri olaraq multikultural dəyərlərin qorunması üçün əlimizdən gələni etməliyik

Quba, 6 mart, Elxan Yusifli, AZƏRTAC

Mən Azərbaycanı vətənim Braziliyaya bənzədirəm, bir çox oxşar cəhətlərimiz var. Bizim ölkəmizdə də ayrı-ayrı dinlərə, konfessiyalara məxsus fərqli xalqlar yaşayır. Amma Braziliya çox böyük ölkədir. Maraqlıdır ki, Azərbaycanda kiçik bir coğrafiyada müxtəlif dinlərə, mədəniyyətlərə məxsus xalqlar, insanlar çox mehriban şəraitdə birgə yaşayırlar. Bu, nadir göstəricidir. Məhz buna görə də Azərbaycandakı multikulturalizm anlayışı, onun modelləri öyrənilməli və təbliğ edilməlidir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” mövzusunda XVI Beynəlxalq Multikulturalizm Məktəbinin Braziliyadan olan iştirakçısı Ana Luiza söyləyib.

“Tolerantlıq, multikulturalizm anlayışı qlobal bir məsələdir. Çünki hazırda dinlər, cəmiyyətlər arası bir sıra münaqişələr mövcuddur. Biz gələcək nəsil olaraq bu münaqişələrin qarşısını almaq üçün birgə fəaliyyət göstərməliyik. Bunun üçün də Beynəlxalq Multikulturalizm Məktəbi kimi tədbirlər çox gözəl imkanlar yaradır. Düşünürəm ki, kiçik işlərdən başlayıb dünyada gedən böyük proseslərə təsir edə bilərik. Münaqişələrdən, müharibələrdən uzaq ola bilərik. Biz gələcək nəslin nümayəndələri olaraq multikultural dəyərlərin qorunması üçün əlimizdən gələni etməliyik”, - deyə o bildirib.

Seçilən
11
azertag.az

1Mənbələr