AZ

“Barselona”nın müdafiəçisindən əsrin antirekordu

“Barselona”nın müdafiəçisi Pau Kubarsi Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Benfika” ilə ilk oyununda (1:0) qırmızı vərəqə alıb. Matc.az xəbər verir ki, bununla o, XXI əsrdə qitənin ən nüfuzlu klub turnirində meydandan qovulan ən gənc futbolçu olub.

Kubarsi ÇL tarixində bu göstərici üzrə ikinci pillədə qərarlaşıb. İspaniya millisinin üzvü 18 yaş 42 günlüyündə qırmızı vərəqə görüb. Bu, onun karyerasında aldığı ilk qırmızı vərəqədi. Gənc oyunçu kataloniyalıların heyətində 65 oyunda iştirak edib.

Çempionlar Liqası tarixində ən gənc qırmızı vərəqə alan futbolçu isə nigeriyalı müdafiəçi Selestin Babayaro olub. O, 1994-cü ildə “Anderlext”in heyətində çıxış edərkən 16 yaş 86 günlük ikən meydandan qovulub.

Qeyd edək ki, “Barselona” ilə “Benfika” arasında cavab matçı martın 11-də İspaniyada keçiriləcək.

Seçilən
39
msport.az

1Mənbələr