AZ

Nazirlik bağlanmış bankın ofisini aylıq 10 min manata icarəyə götürdü

Probasiya xidməti və Bakı şəhər probasiya idarəsi üçün ofis icarəyə götürülüb.

Valyuta.az xəbər verir ki,ofisi icarəyə götürən Ədliyyə Nazirliyi olub. Məlumata görə, nazirliyin icarəyə götürdüyü ofis binası ləğv prosesində olan “NBC Bank” ASC-yə məxsus olub və nəzərə çatdıraq ki, “NBCBank”ın lisenziyası 2020-ci ildə ləğv edilib. 

Nazirliklə bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu arasında qeyri-yaşayış binasının icarə haqqı illik 120 min manata razılaşdırılıb.

Qeyd edək ki, Probasiya xidməti və Bakı şəhər Probasiya İdarəsi üçün icarəyə götürülən bina paytaxtın Nərimanov rayonu, Ş.Mustafayev küç, 27/121 ilə Ə.Əlizadə 31 küç. kəsişməsində yerləşir.

Sərvanə Rəmixanova

Seçilən
61
valyuta.az

1Mənbələr