
Gəncədə 41 yaşlı qadın və körpəsi doğuş zamanı ölüb.“Ulusum”.az xəbər verir ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib.Hamilə qadının ilkin ölüm səbəbi açıqlanıb.TƏBİB-dən bildirilib ki, bu gün səhər saat 05:00 radələrində 1984-cü il təvəllüdlü qadın ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.Qeyd olunub ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Diqqət Çəkənlər
Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru
Türkiyə və Azərbaycan arasında təbii qaz sazişi təsdiqlənib
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri işdən çıxarılıb