"Ukraynadakı münaqişə Rusiya və ABŞ arasında proksi müharibədir".
Azreform.info xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
Dövlət katibi əlavə edib ki, Birləşmiş Ştatlar hər iki tərəfin münaqişəyə son qoymağa sadiq olub-olmadığını müəyyən etməyə çalışır.
Onun sözlərinə görə, Rusiya döyüşləri dayandırmaq istəyir, lakin Ukrayna prezidenti Volodimir Zelenski fevralın 28-də danışıqlar zamanı göstərdi ki, Ukrayna tərəfi ümumiyyətlə sülhdə maraqlı deyil.
Həmidə İbrahimova