AZ

Məhkum olunan şəxsə aid 21 kiloqram narkotik aşkarlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məhkum olunan şəxsə aid 21 kiloqram narkotik aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Pentensiar Xidmət məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Seyran Tehran oğlu Ablasanova məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində bağlar massivindəki yarımtikilidə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
56
11
oxu.az

10Mənbələr