AZ

Rusların Kurska hücumu güclənib - MEDİA

Son 24 saat ərzində cəbhədə Ukrayna qoşunları ilə Rusiya ordusu arasında 109 hərbi toqquşma qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə martın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.

Rusiya Federasiyasının Kursk vilayəti artıq bir neçə gündür ki, hücumların sayına görə liderlik edir. Onlar bir gündə 27 dəfə Kurska hücum ediblər. Ruslar həmçinin öz ərazilərini 380 dəfə atəşə tutub və 46 idarə olunan aviabomba atıblar.

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində onlarla hücumu dəf edilib – Rusiya Federasiyası Toretski istiqamətində 21 dəfə, Pokrovski istiqamətində 18 dəfə və Limanski istiqamətində 10 dəfə hücum edib.



Xəbər 11 dəfə oxunub.
Seçilən
6
xezernews.az

1Mənbələr