AZ

Medvedev Makrona "Micron" dedi: "Ən geci 2027-ci ildə yoxa çıxacaqsan"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini  Dmitri Medvedev sosial media hesabından Rusiyanı Avropa və Fransa üçün təhlükə yaratmaqda ittiham edən Emmanuel Makrona cavab verib.

Sitat.info xəbər verir ki, Makronun adını "Mikron" olaraq yazan Medvedev bu sözləri deyib: "Mikronun özü təhlükə yaratmır. O, ən geci 2027-ci il mayın 14-də əbədi olaraq yoxa çıxacaq və yada da düşməyəcək"

Qeyd edək ki, Makron dünən xalqa müraciətində Rusiyanın 2030-cu ilə qədər 3000 tank və 300 döyüş təyyarəsi almaq üçün 40 milyard avrodan çox xərcləyərək ordusunu daha da genişləndirməyi planlaşdırdığını və bunun Avropanın təhlükəsizliyinə təhdid yaratmağa davam etdiyini bildirib.

Səid,

Sitat.info

Seçilən
19
1
sitat.info

5Mənbələr