AZ

Ağdərə sakini: Kəndimizin inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm

Ağdərənin Həsənriz kəndinə köçürülən sakin bu yaşayış məntəqəsinin inkişafı üçün indidən üzərində məsuliyyət hiss etdiyini bildirib.

Bunu “Report”un Qarabağ bürosunun əməkdaşı ilə söhbətdə Ağdərə rayonunun Həsənriz kənd sakini Gültac Məmmədzadə deyib.

O, dogma kəndlərini valideynlərinin söhbətləri əsasında təsəvvüründə canlandırdığını vurğulayıb:

“Doğma kəndimizə qayıdacağımız üçün çox sevincliyik, bənzərsiz hisslər yaşayırıq. Bunun üçün ilk olaraq şəhidlərimizə rəhmət diləyir, cənab Prezidentə minnətdarlığımızı bildiririk.

21 yaşım var, o yerləri görməsəm də, valideynlərimin söhbətlərindən kəndimiz haqqında çox şey eşidib-öyrənmişəm. Ona görə də kəndə çatmağımızı səbirsizliklə gözləyirəm.

Kəndimizin gələcək inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm. Dövlət və xalq olaraq xeyli çətinliklərdən keçmişik. Çox əlamətdardır ki, bu gün dünyada söz sahibi olan güclü dövlətimiz var”.

Seçilən
32
1
report.az

2Mənbələr