AZ

Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə vədağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətindəsəlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davametdirir. Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Neftçalarayonunun Qədimkənd kəndində fəaliyyət göstərən fərdi sahibkarLeysanov Rasəf Firudin oğluna məxsus maye qazdoldurma məntəqəsindəplan üzrə yoxlama aparılıb.

Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumatverilib.

Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı vəsağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

"Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaztutumunun daxili baxışının və hidravlik sınağının keçirilmədiyi,maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanlarınnövbəti yoxlamasının aparılmadığı, məntəqədə istismar olunan rezinparçalı qolların sınaqdan keçirilmədiyi, həmçinin qurğu vəavadanlıqların torpaqlanma konturunun müqavimətinin yoxlanılmadığımüəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkünolmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığıtəhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarıAgentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntularınaradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkaratəqdim edilib", - məlumatda qeyd edilib.

Seçilən
59
38
az.trend.az

10Mənbələr