AZ

Polşa ordusunun şəxsi heyətinin sayı 550 min nəfərə çatıb

Polşa ordusunda ehtiyatda olan əsgərlərin sayı 300 mini ötüb.

Polşa ordusunun sayı ehtiyatlar da daxil olmaqla 550 min nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Polşa ordusunun baş qərargah rəisi general Visslav Kukula Rzeczpospolita məlumat yayıb.

“Bu saya Polşa Silahlı Qüvvələrinin bütün üzvləri – 206 mindən çox peşəkar əsgər və ərazi müdafiə qüvvələrinin üzvləri, habelə böhran zamanı xidmətə çağırıla bilən ehtiyatda olan hərbçilər daxildir”,  deyə baş qərargah rəisi bildirib.

Qeyd olunub ki, Polşa ordusunda ehtiyatda olan əsgərlərin sayı 300 mini ötüb.

 

Seçilən
18
operativmedia.az

1Mənbələr