AZ

Tanınmış maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Kitab Mərkəzində Azərbaycanın təhsili və mədəniyyətinininkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəyMahmudbəyovun 160 illik yubileyi qeyd edilib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumatverilib.

Bildirilib ki, Həbib bəy Mahmudbəyovun adını daşıyan 2 nömrəliTexniki Humanitar liseyin təşkilatçılığı ilə keçirilən yubileytədbirində ölkənin tanınmış ziyalıları, elm və mədəniyyətxadimləri, təhsil işçiləri, Milli Məclisin deputatları, liseyinməzunları və pedaqoji kollektivinin üzvləri iştirak ediblər.

Əvvəlcə Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji-maarifçifəaliyyətlərindən bəhs edən video çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər - AMEA-nın Riyaziyyat və Mexanikaİnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Memarlar İttifaqıidarə heyətinin sədri Elbay Qasımzadə, Milli Məclisin Elm və TəhsilKomitəsinin sədri Anar İsgəndərov, xalq artisti NurəddinMehdixanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri NərminəHüseynova, 2 nömrəli Texniki Humanitar liseyinin direktoru TuranəMəcidli, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyətinintədqiqatçısı Filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli 160illik yubileyi qeyd edilən Həbib bəy Mahmudbəyovun həyatı vəpedaqoji fəaliyyətindən danışıblar.

Qeyd edilib ki, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyətiyalnız öz dövründə deyil, eyni zamanda bugünkü nəsillər üçün dəönəmli bir ilham mənbəyidir. Həbib bəy Mahmudbəyov 1887-ci ildəSultanməcid Qənizadə ilə bir yerdə ilk rus-müsəlman məktəbiniyaradırlar. Həyatı boyunca böyük ictimai maarifləndirmə fəaliyyətiilə məşğul olan Həbib bəy Mahmudbəyov respublikada xalq təhsilinininkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəaliştirakçılarından olub. Bakı şəhər dumasının qlasnısı və məktəbkomissiyasının üzvü olaraq 1906-cı ildə Azərbaycan müəllimlərininBirinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirakedərək qurultaya sədrlik edib. Bakıda Ali Pedaqoji İnstitutyarandıqda onun direktor müavini, sonra isə direktoru olub, həm dəgecə kursları təşkil edib. Həbib bəy Mahmudbəyov elm və təhsilləyanaşı Azərbaycanda teatrın inkişafında da böyük xidmətlərgöstərib, ilk peşəkar teatr truppasının rəhbəri olub.

Çıxış edənlər Azərbaycanın təhsili və mədəniyyətinin inkişafındamisilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəyMahmudbəyovun irsinin təbliği və tanınması istiqamətində gördükləriişlərə görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci xanımMehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Böyük şəxsiyyətin nəslinin nümayəndəsi Eldar Əzizov ulu babasıhaqqında öz fikirlərini iştirakçılarla bölüşərək yubiley tədbirinəgörə öz təşəkkürünü bildirib.

Tədbirdə əməkdar rəssam Rza Afşar müəllifi olduğu Həbib bəyMahmudbəyovun portretini liseyin kollektivinə hədiyyə etdi.

Tədbirdə Həbib bəy Mahmudbəyovun ən sevdiyi əsərlərdən biri olan"Hacı Qara" əsərindən kiçik bir səhnə təqdim edilib, musiqiçilərinifasında klassik mahnılar səsləndirilib.

Tanınmış
Tanınmış
Tanınmış
Tanınmış
Tanınmış
Tanınmış
Tanınmış
Tanınmış
Tanınmış
Tanınmış
Tanınmış
Seçilən
41
12
az.trend.az

10Mənbələr