AZ

Ağdam Sənaye Parkının rezidenti ilk dəfə olaraq beynəlxalq sərgidə iştirak edir

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC Çinin Pekin şəhərində keçirilən Beynəlxalq Bina Dekorasiyaları və Materialları Sərgisində öz stendi ilə təmsil olunur.

Agentliyin məlumatına görə, ziyarətçilər tərəfindən maraqla qarşılanan stenddə şirkət tərəfindən istehsal edilən məhsullara dair nümunələr “Made in Azerbaijan” brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir.

Sərgi 6-9 mart tarixlərini əhatə edir.

Seçilən
67
5
vergiler.az

6Mənbələr