AZ

Millimizin baş məşqçisi: “Hər üç matça ciddi hazırlaşmaq lazımdır”

“İlk oyundakı rəqibimiz Lüksemburq artıq bizə tanışdır”.

Msport.az xəbər verir ki, bunu 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova deyib.

O, martın 12-18-də Bakıda təşkil olunacaq Avropa çempionatının II seçmə mərhələsinin qrup oyunlarını dəyərləndirib. Qurbanova AFFA-nın rəsmi saytına açıqlamasında Lüksemburqla ötən Avropa çempionatının seçmə mərhələsində qarşılaşdıqlarını xatırladıb: “Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.

Mütəxəssis Bolqarıstanı qrupun favoriti adlandırıb: “Çünki onlar sonuncu dəfə A Liqasında çıxış edib, Fransa kimi komanda ilə heç-heçəyə nail olublar. Həmçinin Malta da yaxşı rəqibdir. Qrupumuzdakı hər üç matça ciddi hazırlaşmaq lazımdır. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur. Öz azarkeşlərimizin dəstəyi altında doğma meydanda oynamağımızın bizə müsbət təsir göstərəcəyinə inanıram”.

Qeyd edək ki, U-17 millimiz B Liqasının B qrupunda martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta yığması ilə qarşılaşacaq. Hər üç oyun “ASCO Arena”da keçiriləcək.

Seçilən
71
10
msport.az

10Mənbələr