AZ

Vens Baydeni günahlandırdı: "Bizə qanunlar yox, yeni prezident lazım idi"

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens keçmiş prezident Co Bayden administrasiyasının sərhədləri açaraq narkotik kartellərini gücləndirdiyini deyib.

Publika.az xəbər verir ki, Vens cənub sərhədində müdafiə naziri Pit Heqset və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardla mətbuat konfransı keçirib.

Vitse-prezident deyib ki, Bayden administrasiyası dövründə immiqrantlar ölkəyə axışıb və mühacir cinayətləri artıb:

“Baydenin cənub sərhədlərini açması karteli daha da gücləndirdi və bu yerləri oyun meydançasına çevirməyə imkan verdi. Belə çıxır ki, bizim yeni qanunlara ehtiyacımız yox idi. ABŞ-ın sadəcə yeni prezidentə ehtiyacı var idi. ABŞ-da sərhəd böhranı milli müdafiə və kəşfiyyat məsələsinə çevrilib. İnsanları həbs etmək istəmirik, amma Amerikanın immiqrasiya qanunlarını tətbiq edəcəyik. Əgər qeyri-qanuni buradasınızsa, mesajımız budur ki, ölkənizə qayıtmalısınız və ABŞ-a gəlmək istəyirsinizsə, müvafiq yollar vasitəsilə müraciət etməlisiniz”.

Seçilən
18
publika.az

1Mənbələr