D*ləduzlar pul oğurlamaq üçün yeni üsula əl atıblar. Onlar istifadəçilərə "WhatsApp" hesablarını gündə müəyyən pul müqabilində icarəyə verməyi təklif edirlər.
News24.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Andrey Biyçuk bildirib.
Onun sözlərinə görə, əvvəlcə d*ləduzlar "Telegram" kanallarında və digər platformalarda nömrəni icarəyə götürmək imkanının olduğunu elan edirlər.
"Elana cavab verən şəxslərə "WhatsApp" hesablarına müvəqqəti giriş vermələrinin lazım olduğu bildirilir. Bəzən c*nayətkarlar hesabın guya iş üçün, xidmətlərə qeydiyyat üçün və ya xaricdəki müştərilərlə əlaqə saxlamaq məqsədilə istifadə olunacağını deyirlər. Daha sonra istifadəçidən başqa bir telefondan girişə icazə verməsi, SMS-lə göndərilən kodu ötürməsi və hətta SIM kartını müvəqqəti təqdim etməsi tələb olunur. Bu manipulyasiyalardan sonra hesabın nəzarəti d*ləduzların əlinə keçir.
Daha sonra d*ləduzlar hesab sahibinin tanışlarına mesajlar göndərməyə başlayır və onlardan təcili pul köçürmələrini, borc vermələrini və ya şəxsi məlumatlarını paylaşmalarını istəyirlər", - deyə Biyçuk bildirib.
Ekspert əlavə edib ki, əgər həmin hesab vasitəsilə cinayət törədilərsə, pul tələb olunarsa, bu vəziyyətdə məsuliyyət hesab sahibinin üzərinə düşəcək.(BAKU.WS)