AZ

"Ünvanlı sosial yardım proqramı müsbət nəticələr verməkdədir" - PROFESSOR / FOTOLAR

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov son illərdə sosial müdafiə sistemində həyata keçirilən islahatlarla bağlı fikirlərini bölüşüb.

Professor ünvanlı sosial yardım proqramına əlçatanlığın artırılması və yardımın təyinat şərtlərinin yumşaldılması istiqamətində qanunvericilikdə bir sıra dəyişikliklərin edildiyini bildirib:

"Son illər sosial müdafiə sistemində həyata keçirilən sistemli tədbirlər çərçivəsində ünvanlı sosial yardım proqramına əlçatanlığın artırılması, yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilmișdir. Aztəminatlı ailələrin rifahına mühüm dəstək mexanizmi hesab olunan bu proqram hazırda 331 min ailə üzvü olan 75 min ailəni əhatə edir. Müvafiq şərtlərə əsasən həmin ailələrə hər ay orta hesabla 470 manat ödənilir. Düşünürəm ki, proqram müsbət nəticələr verməkdədir və onun reallaşdırılması davam etdirilməlidir".

Seçilən
22
qht.az

1Mənbələr