AZ

Azərbaycan-Türkiyə münasibətləri: strateji tərəfdaşlıq və yeni çağırışlar– ÖZƏL

"Türkiyə - Azərbaycan münasibətləri dünyada bənzərinə az rastlanan münasibətlər sistemidir. Hər iki ölkə bir-birini dəstəkləyir və Türkiyə  Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə birmənalı şəkildə dəstək verib. Ərazilərimizim işğaldan azad olunmasında Türkiyənin olduqca ciddi siyasi-mənəvi dəstəyini görmüşük". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Hər iki ölkə bir çox regional və qlobal layihələri birgə icra ediblər.Bu dəfə  də növbəti belə layihənin açılışının şahidi olduq. Naxçıvanın energetik təhlükəsizliyi təmin edildi. Azərbaycanla Türkiyə həm ikitərəfli məsələləri müzakirə edir, hansı ki, Şuşa bəyannaməsi ilə bu münasibətlər təsdiqlənib. Eyni zamanda biz həm də Türkiyə ilə bir çox regional məsələlərin də həllində böyük rol oynayırıq. Qardaş Türkiyənin Suriyadakı rolunu yüksək qiymətləndiririk, Suriyanın qurulmasında Türkiyə ilə bərabər iştirakımızı bəyan etmişik. Türkiyə Güney Qafqazda sülhün bərqərar olunmasında ciddi töhfə verən ölkələrdən biridir. Hal-hazırda iki ölkənin münasibətləri həm də yaşadığımız dövrdə yeni çağırışlara da cavab verməlidir. Çünki dünyamız olduqca həssas və riskli bir dönəmə girməkdədir. Ona görə də Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonrakı inkişafına da ciddi ehtiyac var".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr