AZ

Məşhur məşqçiyə ağır cəza - 9 ay diskvalifikasiya olundu

Fransa "Lion” klubunun baş məşqçisi Paulo Fonseka ağır cəza alıb.

7News.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, futboldan 9 aylıq uzaqlaşdırılıb. 

Buna səbəb isə portuqaliyalı mütəxəssisin Liqa 1-in 24-cü turunda "Brest”lə matçda baş hakim Benoit Milyoya qarşı etdikləridir. 

Fonseka Matçın 90+4-cü dəqiqəsində VAR monitorina yaxınlaşan referiya sərt reaksiya göstərib, hakim isə onu qırmızı vərəqə ilə cəzalandırıb. Məşqçi bu qərarla razılaşmayaraq hakimə hücum edib. Nəticədə o, 9 aylıq diskvalifikasiya olunub. 

Paulo Fonsekaya futbolla bağlı bütün tədbirlərdə iştirak etmək qadağası qoyulub. 
Seçilən
1
5
7news.az

6Mənbələr