Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov martın 14-də Ucar, Zərdab,Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbuledəcək.
Trend-ə bubarədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Ucar rayon HeydərƏliyev Mərkəzində (ünvan: AZ6100, Ucar şəhəri, Heydər Əliyev pr.73)keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçünEnergetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “QaynarXətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri(əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektronpoçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə AgentliyininKürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqətelefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) vəMingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqətelefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected])vasitəsilə müraciət edə bilərlər.
Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internetsəhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə dəqəbul üçün müraciət etmək mümkündür.