Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Matviyenkonun səfəri gözləniləndən daha gec baş tutacaq, bunun səbəbi isə müxtəlif detallarla bağlıdır:
"Ermənistanın Baş naziri Nikol Paşinyan son geosiyasi proseslərdən sonra özünü yenidən Rusiyanın "qucağına" atmaq qərarına gəlib. Bütün dövlət idarələrinə Moskvanın hökumət dairələri ilə əlaqələri bərpa etməyi, tədbirlərə qatılmağı, görüşlər keçirməyi tapşırıb. Lakin Kremldə Paşinyanın son qərarına inanmırlar. Ona görə də bu dəyişiklikləri faktlar və sübutlarla yoxlamaq qərarına gəliblər. Matviyenkonun səfərinin məqsədi məhz budur.
Son olaraq Ermənistan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçirilməsi layihəsinin ləğv edilməsi, parlamentdə məsələyə dair ikinci oxunuşun təxirə salınması da məhz bununla bağlıdır. Ümumiyyətlə, layihənin tamamilə ləğv olunacağı da istisna edilmir".