AZ

PAŞA Kapital “Qadın Liderləri Zirvəsi”nin sponsoru oldu (FOTO)

Bakı. Trend:

04 mart 2025-ci il tarixində PAŞA Kapital İnvestisiyaŞirkətinin sponsorluğu ilə ölkəmizdə ilk dəfə "FərqlərinBərabərliyi" konsepti adı altında “Qadın Liderləri Zirvəsi”keçirildi. "Facemark" və "İNCİ - İşgüzar XanımlarınÜnsiyyət Klubu"nun birgə təşkilatçılığı ilə bu tədbir 500 nəfərəyaxın dövlət və özəl sektor nümayəndəsini bir araya gətirərək,qadın liderlərinin bilik və təcrübə mübadiləsi, həmçininşəbəkələşmələri üçün mühüm platforma rolunu oynadı.

“Lider qadın yoxsa Qadın lider?”, “İnnovasiya vəStrateji Yanaşmalar”, “Rəqəmsal Trendlər DövründəQadınlar” mövzusunda 3 paneldən ibarət olan tədbirdə3 moderator və 14 spiker öz geniş təcrübələrinitədbir iştirakçıları ilə paylaşdılar.

Açılış nitqləri ilə ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəriAysel Cəbrayılova, Milli Məclisin deputatıNigar Arpadarai və Dövlət İmtahan Mərkəzinin İdarəHeyətinin sədri Məleykə Abbaszadə çıxış edərək,qadın liderlərinin inkişafı və cəmiyyətdəki rolu haqqındafikirlərini bölüşdülər.

“İnnovasiya və Strateji Yanaşmalar” paneli PAŞAKapital İnvestisiya Şirkətinin Marketinq Direktoru GülşənCumayevanın moderatorluğu ilə keçdi. Paneldə əsas müzakirəolunan mövzular arasında innovasiya və strateji yanaşmalarınformalaşmasında, icrası və tətbiqində qadınların rolu, qarşılaşdığıən böyük çətinliklər və onların həll yolları olub. Həmçinin, yerlivə qlobal bazardakı real nümunələr əsasında innovasiyanınictimai-sosial məqsədlər üçün tətbiqi, cəmiyyət üçün əhəmiyyətinədair müzakirələr aparıldı, tədbir iştirakçılarına geniş məlumatverildi.

Qadınların inkişafını, maliyyə müstəqilliyini daim dəstəkləyənPAŞA Kapital, fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyəxidmətləri təklif edir.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

PAŞA
PAŞA
PAŞA
Məqalədə:
Seçilən
24
2
az.trend.az

3Mənbələr