AZ

Sumqayıtdakı Reabilitasiya Mərkəzində yanğın məhdudlaşdırılıb

Sumqayıtda narkomanlar üçün nəzərdə tutulmuş Reabilitasiya Mərkəzində yanğın olub.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və texnikası cəlb olunub.

Yanğın məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, Sumqayıtda 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir.

Seçilən
26
5
apa.az

6Mənbələr