AZ

Trampın tərəfdaşları Zelenskinin siyasi rəqibləri ilə danışıqlar aparır – “Politico”


ABŞ Prezidenti Donald Trampın yaxın ətrafının yüksək vəzifəli nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi əsas siyasi rəqibləri, o cümlədən “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ilə gizli görüşlər keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın tərəfdaşları Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasının yüksək vəzifəli nümayəndələri ilə də belə görüşlər keçiriblər.
Mənbələrin bildirdiyinə görə, müzakirələrdə yaxın vaxtlarda Ukraynada prezident seçkilərinin keçirilməsinin mümkünlüyü müzakirə olunub.
Qeyd edək ki, Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb.
Seçilən
33
1
yeniavaz.com

2Mənbələr