Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı oyunlarının təqvimi müəyyənləşib.
İdman.biz xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı komanda yarışda ilk oyununu iyunun 6-da səfərdə İsveçə qarşı keçirəcək.
Daha sonra voleybolçuları evdə və Farer adalarında mini-turnirlər gözləyir.
Komandamızın oyunlarının təqvimi:
Umeo (İsveç)
6 iyun: Azərbaycan – İsveç
7 iyun: Gürcüstan – Azərbaycan
Bakı
13 iyun: Lüksemburq – Azərbaycan
15 iyun: Azərbaycan – Macarıstan
Hoyvik (Farer adaları)
20 iyun: Azərbaycan – Farer adaları
21 iyun: Avstriya - Azərbaycan
İdman.biz