“İstənilən futbolçu və məşqçi böyük rəqiblərlə oynamaq, müəyyən dərslər götürmək istəyər. Bu superdi, özüm də bunu yaşamışam”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın sabiq məşqçisi Aleksey Baqa Belarus yığmasının qarşıdakı Azərbaycan və Tacikistan görüşləri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“İndiki vəziyyətdə biz Tacikistan və Azərbaycanla oyundan maksimum yararlanmalıyıq. Bəlkə də indi güc baxımından bizimlə bərabər olan rəqiblərə qarşı oynamağın vaxtıdır ki, uşaqlar özünə inam qazansınlar. Üstəlik, bu, yeni coğrafiya, möhtəşəm stadionlardır. Mən bunu şəxsən bilirəm. İstənilən halda komandamız üçün asan olmayacaq”.