Meksikada dayanacağında 700-ə yaxın avtomobil olan avtosalon yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Zapopan şəhərində baş verib. Bu barədə Mural nəşri məlumat yayıb.
Bildirilir ki, yanğın öncə ətrafdakı quru ot sahəsində başlayıb, daha sonra güclü külək səbəbindən alov genişlənərək park edilmiş avtomobillərə keçib.
Hadisə zamanı dayanacaqda 700-ə yaxın avtomobil olub, onlardan 192-i yanaraq yarasız vəziyyətə düşüb.
İlkin məlumata görə, yanğını evsiz insanlar tərəfindən törədilə bilər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Namiq Musayev