AZ

Trampın nümayəndələri Zelenskiyə müxaliflərlə gizli danışıqlar aparır

Trampın

ABŞ prezidenti Donald Trampın komanda üzvləri Ukrayna prezidenti Vladimir Zelenskinin əsas siyasi rəqibləri ilə gizli danışıqlar aparıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” nəşri Trampın ətrafının müəyyən edilmiş mənbələrinə istinadla yazıb.

Xüsusilə, Trampın yüksək vəzifəli komanda üzvləri Yuliya Timoşenko və Petro Poroşenkonun partiyasının əsas şəxsləri ilə danışıqlar aparıblar. Danışıqlarda Ukraynanın tez bir zamanda prezident seçkiləri keçirib-keçirməyəcəyi müzakirə olunub.

Məlumata görə, Trampın köməkçiləri əmindirlər ki, Zelenski müharibə yorğunluğu və korrupsiyaya qarşı ictimai qəzəb səbəbindən bütün səsləri itirəcək. Bununla belə, son sorğu göstərib ki, Zelenskinin prezidentlik yarışında hələ də açıq üstünlüyü var.

ABŞ administrasiyasının rəsmi xətti Trampın Ukraynanın daxili siyasətinə qarışmamaq olsa da, Trampın və onun komanda üzvlərinin davranışı bunun əksini göstərir. Tramp Zelenskini “seçkisiz diktator” olmaqda, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard isə Kiyevi seçkiləri ləğv etməkdə ittiham edib.

“Trampın komandası seçkinin Zelenskini batıracağına ümid etsə də, o, hələ də Timoşenko və Poroşenkodan daha populyardır”, - nəşr yazır.

Qeyd olunur ki, Britaniyanın Survation sosioloji mərkəzinin bu həftə keçirdiyi sorğuda 44 faiz Zelenskini prezidentliyə dəstəkləyəcəklərini bildirib. Onun ən yaxın rəqibi, 20 faizdən çox geridə qalan, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnıdır. Poroşenkonu cəmi 10 faiz, Timoşenko isə cəmi 5,7 faiz dəstəkləyir.

Bildirilir ki, bağlı qapılar arxasında müzakirə edilən bütün planların açarı prezident seçkilərinin müvəqqəti atəşkəsdən sonra, lakin sülh danışıqlarına başlamazdan əvvəl keçirilməsidir. Erkən prezident seçkiləri ideyasını illərdir Zelenskidən yaxa qurtarmaq istəyən Kreml də təbliğ edir.

E. KAMAL
Seçilən
49
reyting.az

1Mənbələr