"Bana Sen Lazımsın", "Kalbine Sürgün", "Yalancı Şahidim" kimi hitləri olan müğənni Rafet El Roman sevmədiyi və mənasız mahnısının adını açıqlayıb.
BAKU.WS xəbər verir ki, sənətçi 1990-cı illərdə bəstələdiyi "Sana Dönemem" adlı ifasının mənasız olduğunu vurğulayıb.
O bu barədə sosial şəbəkə hesabında bildirib.
"1990-cı illərdə yazdığım ən mənasız mahnıdır bu" deyə ifaçı qeyd edib.