AZ

Toyuqlarımızın yumurtalarına xaricdən tələb artır ? Bu, qiymətə necə təsir edə bilər?

Azərbaycan 2024-cü il xaricə ümumi həcmi 83.88 milyon ədəd olan toyuq yumurtası ixrac edib və bu da illik müqayisədə 73 faiz artımdır. Bununla belə, ABŞŞ-yə də ixrac ediləklə, yumurta  müştərilərinin coğrafiyası genişlənib.

Banker.az xəbər verir ki, ixrac edilmiş toyuq yumurtasının dəyəri 6.88 mln. dollar olub. İxrac edilmiş toyuq yumurtasının dəyəri illik müqayisədə isə 103 faiz artıb.

Azərbaycanın xaricə yumurta ixracının artımını əsasən Rusiyaya ixracın 38 dəfə artmasıdır. Keçən il cəmi şimal qonşuya 1.22 mln. yumurta ixracı bu il 48.65 mln. ədədə çatıb və bu da 4.16 mln dollarlıq dəyərdir. Rusiya keçən illə müqayisədə bu il Azərbaycanın əsas yumurta idxalçısına çevrilib.

Yumurta hazırda bir sıra ölkələrdə bahalaşan qida məhsuludur. Məsələn, ABŞ-də quş qripi səbəbindən ölkədə yumurta istehsalçılarının təchizatında əngəllər yaradıb və qiymətlər tarixi maksimum olan hər 12 ədədli paketini 5 dollara qaldırıb. Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan “Giləzi Quşçuluq” ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm yumurta ixracına başlayır. Bunu həftənin cümə axşamı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası açıqlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda keçən il 2 milyard 300.8 milyon ədəd yumurta istehsalı reallaşdırılıb. Bu istehsalın illik müqayisədə 5.1 faiz artımı deməkdir.

DSK-nın məlumatına görə, keçən ilin əvvəli 10 ədəd yumurtanın qiyməti 2 manat 10 sent olduğu halda, yay aylarına qədər 1 manat 25 qəpiyə, ilin sonuna kimi 1 manat 99 manat təşkil edib.

Assosiasiyadan Banker.az-a bildirilir ki, ABŞ-yə ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək.

Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayına olan məlumata görə, ABŞ-də 12 ədəd A dərəcəli böyük yumurtanın orta qiyməti rekord həddə – 4.95 dollara çatıb. Bu əhəmiyyətli artım əsasən davam edən quş qripi epidemiyası ilə əlaqələndirilir. Epidemiya nəticəsində milyonlarla yumurta qoyan toyuğun tələf olması təchizatın azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olub.

3433242342343243242342

Seçilən
14
banker.az

1Mənbələr