AZ

Luis Enrike: “Futbol bəzən ədalətsiz olur”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la ilk oyununda ev məğlubiyyətini (0:1) şərh edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, çox ədalətsizdir. Ola bilsin ki, bu oyun Çempionlar Liqasında bizim ən dolğun oyunumuz idi. Onların ən yaxşı oyunçusu qapıçı idi. Mən öz komandamla çox fəxr edirəm, amma futbol bəzən ədalətsiz olur. Biz cavab görüşü haqda düşünəcəyik. Mübahisəli məqamları şərhsiz buraxıram. Yüksək səviyyəli komandalara oyunlarda oynamaq bizim üçün çətindirmi? Biz “Liverpul”dan xeyli yaxşı idik. Amma onlar qələbə qazandılar. Mən mənfi təzahürlər görmürəm. Hələ bir oyun qalıb. Mən nikbin sazlanmışammı? Əlbəttə”, deyə Luis Enrike qətiyyətlə vurğulayıb.

Əlavə edək ki, statstika baxımından “Liverpul”dan üstün oyun sərgiləmiş PSJ, “qırmızılar”ın ikicə qol cəhdindən birini və qapıya yeganə qol zərbəsini (87-ci dəqiqə) buraxaraq, acı məğlubiyyətlə barışmalı olub.

Cavab oyunu çərçivəsində Fransa nəhəngi martın 11-də Liverpulda “qırmızılar”ın “qonağı” olacaq.

Seçilən
24
arena.az

1Mənbələr