ABŞ prezidenti Donald Tramp 2029-cu ildə, ikinci prezidentlik müddətinin sonuna kimi ABŞ və Meksika arasında bütün sərhəd boyunca “fiziki” divarın tikintisini başa çatdırmağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens çıxışı zamanı deyib.
"Düşünürəm ki, prezident ümid edir ki, biz bütün sərhəd divarını müddətin sonuna qədər tamamlayacağıq. Və təbii ki, biz fiziki strukturdan, sərhəd divarının özündən danışırıq", - Vens deyib.